Bank Of Baku

Bu gün Heydər Əliyev Sarayında keçiriləcək “Gəncləşən muğam-2” konserti ilk dəfə olaraq internetdə online sistemlə yayımlanacaq

Bu gün Heydər Əliyev Sarayında keçiriləcək “Gəncləşən muğam-2” konserti ilk dəfə olaraq internetdə online sistemlə yayımlanacaq
# 28 dekabr 2010 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Heydər Əliyev Sarayında keçiriləcək “Gəncləşən muğam-2” konserti internetdə online sistemlə yayımlanacaq. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, bu konsert sarayda online sistemdə yayımlanacaq ilk layihə olacaq. İlk online nümayişi saray tərəfindən test rejimi ilə həyata keçiriləcək. Konsertin 20 dəqiqəsi internet istifadəçiləri üçün Heydər Əliyev Sarayının www.ha-saray.az rəsmi internet saytında göstəriləcək. Saray rəhbərliyi bu layihəni mütəmadi olaraq növbəti konsertlərdə də həyata keçirməyi nəzərdə tuturlar.

Xatırladaq ki, “Gəncləşən muğam -2” layihənin bədii rəhbəri xalq artisti Mənsum İbrahimovdur. Konsertdə xanəndənin 26 tələbəsi və 12 gənc ifaçı çıxış edəcək. Gənc muğam ifaçıları mahnılarını tarda Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov, Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiəti ilə oxuyacaqlar. Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə tələbələri ilə birgə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR