Bank Of Baku

Heydər Əliyev Sarayında “Gəncləşən muğam-2” konserti keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Sarayında “Gəncləşən muğam-2” konserti keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 29 dekabr 2010 08:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 28-də Heydər Əliyev Sarayında “Gəncləşən muğam-2” konserti keçirilib. APA-nın məlumatına görə, konsert ilk dəfə olaraq internetdə online sistemlə bütün dünyaya yayımlanıb. Konsertin 20 dəqiqəsi internet istifadəçiləri üçün Heydər Əliyev Sarayının www.ha-saray.az rəsmi internet saytında nümayişi uğurla baş tutub. Saray rəhbərliyi bu layihəni mütəmadi olaraq növbəti konsertlərdə də həyata keçirməyi nəzərdə tuturlar. Konsertdən əvvəl səhnədə layihənin rəhbəri, xalq artisti Mənsum İbrahimov və Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov çıxış edərək, həyata keçirilən bu cür layihələrin muğamsevərlər üçün əsil bayram olduğunu bildiriblər. M. İbrahimov deyib ki, onun bu layihənin hazırlığı zamanı səfərdə olması səbəbindən əsas yük tələbəsi, əməkdar artist Təyyar Bayramovun üzərinə düşdüyünü qeyd edib. Nazim Kazımov bildirib ki, Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəni həyatında, mənəvi dünyasının formalaşmasında həlledici rol oynayan muğam incəsənətimizin ayrılmaz hissəsi olaraq daim diqqət mərkəzindədir.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “Gəncləşən muğam-2” layihəsində Mənsum İbrahimovun 26 tələbəsi və 12 gənc ifaçı tamaşaçılar qarşısında çıxış edib. Konsertdə gənc ifaçılardan Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Oksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov uğurlu çıxış nümayiş etdiriblər. Gənc muğam ifaçıları “Qarabağ şikəstəsi”, “Leyli və Məcnun” operasından görüş səhnəsi, “Cahargah”, “Segah” təsnifi, “Əzizim Şirvan gözəl”, “Olmaz, olmaz”, “Heyratı”, “Şur”, “Bayati şiraz” muğam və xalq mahnıları səslənib. Gənc muğam ifaçıları mahnılarını tarda Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov, Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiəti ilə oxuyublar. Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə tələbələri ilə birgə çıxış edib.

Konsertin sonunda isə xalq artisti Mənsum İbrahimovun özü səhnəyə çıxıb və əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə yaddaqalan ifa nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR