Bank Of Baku

“Mənim ağ göyərçinim” tamaşasının yeni versiyada premyerası keçirilib

“Mənim ağ göyərçinim” tamaşasının yeni versiyada premyerası keçirilib
# 29 dekabr 2010 15:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın yeni səhnə versiyasının müəllifi və quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovadır. Tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze olan tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir.

1990-cı ilin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tamaşada sənədli kino-xronika materiallarından, müasir səhnə texnologiyasından ustalıqla istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR