Bank Of Baku

Sankt-Peterburqda vəfat etmiş “Boney M” qrupunun solistinin ölüm səbəbi açıqlanıb

Sankt-Peterburqda vəfat etmiş “Boney M” qrupunun solistinin ölüm səbəbi açıqlanıb
# 05 yanvar 2011 16:15 (UTC +04:00)
Bakı - APA. Dekabrın 30-da Sankt-Peterburqda vəfat etmiş “Boney M” qrupunun solisti Bobbo Farrellin ölüm səbəbi açıqlanıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin Sankt-Peterburq şəhər idarəsindən bildirilib ki, musiqiçinin ölümünə ürək xəstəliyi səbəb olub.

“Bu, ekspertizanın yekun rəyidir. Musiqiçinin ölümü kriminal hadisə deyil və böyük ehtimalla faktla bağlı cinayət işi açılmayacaq” - deyə hüquq-mühafizə orqanlarından qeyd olunub.

Bobbo Farrellin cənazəsi artıq vətəni Niderlanda göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR