Bank Of Baku

Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti Ankarada nümayiş olunacaq

Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti Ankarada nümayiş olunacaq
# 06 yanvar 2011 09:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq artisti Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti Ankarada nümayiş olunacaq. APA-nın məlumatına görə, balet yanvarın 13-ü və 14-də Ankara Opera və Balet Teatrında TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə göstəriləcək. Türkiyədə oynanılacaq əsər Rusiya Federasiyasının məşhur Yekaterinburq Opera və Balet Teatrı tərəfindən səhnələşdirilib.

Qeyd edək ki, ilk dəfə 2005-ci ildə səhnəyə qoyulmuş baletin librettosu “Dədə Qorqud” dastanının motivləri əsasında yazılıb. Baletin librettosunun müəllifi və xoreoqrafı Nadejda Malıgina, orkestrin rəhbəri Pavel Kliniçevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR