Bank Of Baku

“İki yoldaş” uşaq filmi Rusiya Dövlət Kino Arxiv Fondundan Azərbaycan Film Fonduna göndərilib

“İki yoldaş” uşaq filmi Rusiya Dövlət Kino Arxiv Fondundan Azərbaycan Film Fonduna göndərilib
# 06 yanvar 2011 15:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov öz şəxsi arxivindən müxtəlif illərdə çəkilmiş Azərbaycan filmlərinin foto-neqativlərini Dövlət Film Fonduna təqdim edib. Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev APA-ya verdiyi məlumatında bildirib ki, onların arasında “Qanun naminə”, “O olmasın, bu olsun”, “Leyli və Məcnun”, “Koroğlu”, “Min birinci qastrol” və digər filmlərini foto-neqativləri var. Rejissor fonda ümumilikdə 90 ədəd foto–neqativ verib. Bundan başqa, Ə. Muradov öz şəxsi kino arxivindən 2003-cü ildə çəkdiyi xalq artisti Nəsibə Zeynalovanın dəfn mərasiminin kino-materiallarını, “Ananın duaları” bədii filmini, “Tofiq Quliyevin dəfn mərasiminin təsvirlərini”, Hüseyn Seyidzadənin yubileyinə həsr olunmuş kino arxiv materiallarını və başqa sənədləri də Dövlət Film Fonduna təqdim edib.
C .Quliyev deyib ki, bu sənədlər əsasında fondda Ələkbər Muradovun şəxsi arxiv fondu yaradılıb.

Dövlət Film Fonduna, həmçinin Rusiya Dövlət Kino Arxiv Fondundan 1934-cü ildə rejissor Makovski tərəfindən çəkilmiş “İki yoldaş” filmi də daxil olub. Azərbaycanın ilk uşaq filmlərindən biri hesab olunan qısametrajlı ekran işi “Bakı” kinostudiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR