Bank Of Baku

Azərbaycan “Kino ensiklopedik lüğəti”nin I cildi işıq üzü görəcək

Azərbaycan “Kino ensiklopedik lüğəti”nin I cildi işıq üzü görəcək
# 06 yanvar 2011 15:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan “Kino ensiklopedik lüğəti”nin I cildi bu yaxınlarda çap olunacaq. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev APA-ya bildirib ki, artıq ensiklopediya çap olunmaq üçün mətbəəyə təqdim edilib. Fond rəhbərinin sözlərinə görə, ensiklopediyada Azərbaycan kino tarixi əks olunub. Müxtəlif illəri əhatə edən məlumatlar əlifba üzrə sıralanıb. Ensiklopediyada yer alan materialların xüsusi CD variantının hazırlanması da nəzərdə tutulur. Bu disk ensiklopediyaya əlavə olunacaq.

C. Quliyev onu da deyib ki, yanvarın sonlarında Azərbaycan kino bülletenin ikinci buraxılışı işıq üzü görəcək. Bülletenin II buraxılışında 2008 və 2010-cu illər ərzində çəkilmiş Azərbaycan filmləri, eləcə də Azərbaycanın görkəmli kino xadimləri haqqında məlumatlar yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR