Bank Of Baku

İstanbulda müalicəsi davam edən Yaşar Nurinin Azərbaycana nə vaxt dönəcəyi məlum deyil

İstanbulda müalicəsi davam edən Yaşar Nurinin Azərbaycana nə vaxt dönəcəyi məlum deyil
# 06 yanvar 2011 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nurinin nə zaman Vətənə dönəcəyi hələ ki məlum deyil. Bu barədə APA-ya Türkiyədə olan aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva açıqlama verib. O bildirib ki, hazırda Yaşar Nuri özünü nisbətən daha yaxşı hiss edir: “Yaşar deyir ki, elə yatmaq hamısından yaxşıdır. Demək olar ki, günün əsas hissəsini yatır. Bu həm də müalicə kursundan asılıdır. Amma ümumilikdə vəziyyəti daha yaxşıdır, özünü yaxşı hiss edir”.

R. Nuriyev bildirib ki, aktyorun müalicəsinin nə zaman başa çatacağı və Vətənə dönəcəyi hələ məlum deyil: “Azərbaycana nə zaman gələcəyim Allahın ümidindədir. İnşallah müalicə uğurla başa çatdıqdan sonra gələcəyik”.

Qeyd edək ki, 2010-cu ilin noyabrın 6-da Yaşar Nurinin təzyiqi qəflətən qalxıb və o Azərbaycanda xəstəxanaya yerləşdirilib. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulub. Bir neçə gün sonra isə aktyor İstanbul Memorial Xəstəxanasına aparılıb və o vaxtdan sözügedən xəstəxanada müalicə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR