Bank Of Baku

Xalça Muzeyi yeni binaya köçəcək

Xalça Muzeyi yeni binaya köçəcək
# 10 yanvar 2011 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası bu ilin yayına tam hazır olacaq. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva deyib. O bildirib ki, bu ilin yay aylarında muzey artıq yeni binasında fəaliyyətə başlayacaq: “Muzeyimizin ekspozsiyası, kollektivi yeni binaya köçürüləcək. Yay aylarında yeni binada fəaliyyət başlayacağıq. Hazırda binanın tikintisi davam edir”.

R. Tağıyevanın sözlərinə görə, yanvarın 28-də muzeydə “Mədəni irsin qorunub saxlanması” adlı beynəlxalq tədbir keçirilməsi nəzərdə tutulur. Bu tədbirdə bir neçə ölkələrin xalça muzeylərinin rəhbərləri və muzey işçilərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR