Bank Of Baku

“Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində” təlim-seminarı keçirilir

“Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində” təlim-seminarı keçirilir
# 10 yanvar 2011 10:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyində xüsusi təhsil proqramına uyğun “Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində” adlı təlim-seminar keçirilir. APA-nın məlumatına görə, təlimdə Bakı, Gəncə, Şəki, Xaçmaz, Şabran, Tovuz, Ağcabədi, Göyçay, Zərdab, Lənkəran, Qəbələ və Füzulidən muzey rəhbərləri iştirak edirlər.

Seminarın açılışında çıxış edən muzeyin direktoru Röya Tağıyeva təlimin Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Moskva Bürosu, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirildiyini deyib. O bildirib ki, təlimin keçirilməsində əsas məqsəd xalça sənətinin incəliklərinin öyrənilməsi və cəmiyyətin bütün təbəqələrinin maraq dairəsinə çevrilməsi, təhsil siyasətinin möhkəmlənməsi, ənənəvi incəsənətin, sənətkarlığın yaradıcılıq potensialının artırılmasıdır. R. Tağıyeva əlavə edib ki, proqram bu ilin mayında orta məktəblərdə şagirdlər üçün də keçiriləcək, eyni zamanda ixtisasını dəyişib xalçaçılıq təhsili almaq istəyənlər də bu proqramdan istifadə edə biləcəklər.

Təlim-seminar yanvarın 11-də işini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR