Bank Of Baku

Xalça Muzeyinin direktoru: “Orta məktəblərdə muzey işinin ayrıca fənn kimi tədrisi üçün Təhsil Nazirliyinə müraciət edəcəyik”

Xalça Muzeyinin direktoru: “Orta məktəblərdə muzey işinin ayrıca fənn kimi tədrisi üçün Təhsil Nazirliyinə müraciət edəcəyik”
# 10 yanvar 2011 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın orta məktəblərində muzey işinin ayrıca fənn kimi tədris olunması üçün Təhsil Nazirliyinə müraciət ediləcək. Bu barədə APA-ya Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva məlumat verib. O bildirib ki, muzey işi orta məktəbdən öyrənilməli və bu sahəyə maraq artmalıdır: “Bu ilin mayından orta məktəb şagirdləri üçün muzey təhsili proqramının tətbiqinə başlamaq niyyətindəyik. Mən istərdim ki, Azərbaycan Təhsil Nazirliyinin proqramlarına muzey təhsili xüsusi bir fənn kimi daxil olsun. Muzey təkcə gəzinti məkanı deyil, həm də bilik məkanı olmalıdır”.

R. Tağıyevanın sözlərinə görə, hələlik Təhsil Nazirliyinə müraciət olunmayıb: “Məktəblərdə sözügedən proqramın icrası başa çatdıqdan sonra proqramın nəticəsi Təhsil Nazirliyinə göndəriləcək və muzey işinin təhsil proqramlarına salınması ilə bağlı müraciət ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR