Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” təmsilçisinin ifa edəcəyi mahnıda milli elementlərin olması vacib deyil

Azərbaycanın “Eurovision-2011” təmsilçisinin ifa edəcəyi mahnıda milli elementlərin olması vacib deyil
# 13 yanvar 2011 16:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün iki gündür elan olunan müsabiqəyə bir mahnı təqdim olunub.

APA-nın İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, peşəkar münsiflərin qərarı ilə seçiləcək ən yaxşı mahnı İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən xüsusi mükafata layiq görüləcək.

Artıq müsabiqəyə 1 mahnı təqdim olunub. Beynəlxalq arenada ifa olunacaq mahnı müəlliflərinin milliyyətinə heç bir qadağa qoyulmayıb. Əsas odur ki, “Eurovision” standartlarına uyğun, Azərbaycanı təmsil etməyə layiqli mahnı olsun. Mahnılar not yazısı şəkilində, eyni zamanda aranjeman olunmuş variantda da təqdim edilə bilər. Təqdim olunacaq mahnılarda milli elementlərin olması isə vacib şərtlərdən deyil. Mahnıların seçimi bilavasitə münsiflərin öhdəsinə buraxılacaq.

Qeyd edək ki, mahnıların qəbulu bir ay davam edəcək. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən mahnı heç vaxt səsləndirilməməli və 3 dəqiqədən çox olmamalıdır.

Xatırladaq ki, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən final mərhələsinin ilk mərhələsində 9 iştirakçı mübarizəni davam etdirir. Həftənin finalında isə tamaşaçıların və peşəkar münsiflərin ayrı-ayrılıqda 50 faiz səsverməsi ilə 9 nəfərdən 5-i finala vəsiqə qazanacaq. Azərbaycanı bu mahnı müsabiqəsində təmsil edəcək şəxs beş nəfər arasından münsiflərin səsverməsi ilə seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR