Bank Of Baku

“Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsinə yekun vurulub

“Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsinə yekun vurulub
# 14 yanvar 2011 11:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Söz Azadlığını Müdafiə Fondu tərəfindən həyata keçirilən “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, layihə barədə məlumat verən Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli deyib ki, üç ay ərzində layihə çərçivəsində işğal altında olan 9 rayonun tarix-diyarşünaslıq muzeyləri barəsində geniş informasiya bazası yaradılıb, 300-dən artıq eksponatın surətləri çıxarılıb. Bununla yanaşı, toplanılmış materiallar əsasında www.diyarshunasliq.az informasiya portalı istifadəyə verilib.

V. Tofiqli bildirib ki, işğal altında olan rayonların yalnız üçü - Şusa, Füzuli və Cəbrayıl rayon muzeylərinin eksponat fondundan qismən materiallar çıxarıla bilib. Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Xocalı və Laçın rayon muzeylərinin eksponatları tamamilə erməni işğalı altında qalıb. O qeyd edib ki, 40 mindən artıq eksponatın toplandığı 22 muzey Ermənistan tərəfindən işğal olunmuş ərazilərdədir: “Daşınmaz tarix və mədəniyyət abidələrindən başqa Azərbaycana dəyən ümumi zərərin məbləği orta hesabla 7 milyard ABŞ dolları təşkil edir. İşğal altında olan rayonların tarix diyarşünaslıq muzeylərinin birləşmiş mərkəzi inşasına da ehtiyac var. Bundan əlavə, muzey əməkdaşlarının sosial vəziyyətinin artırılması da diqqətdən kənarda qalmamalıdır”.

Sonra işğal altında olan rayonların mədəniyyət şöbələrinin və muzey rəhbərləri QHT təmsilçiləri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR