Bank Of Baku

Heydər Əliyev Sarayında “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı konsert keçirilib – FOTOSESSİYA

Heydər Əliyev Sarayında “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı konsert keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 14 yanvar 2011 14:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı konsert proqramı keçirilib. APA-nın məlumatına görə, səhnədə “Toppuş bacı” və “Keyxanım” personajı ilə tanınan aktrisalar Tünzalə və Ülviyyə Əliyevalar çıxış ediblər. Proqramda xalq artistləri Nazpəri Dostəliyeva, Faiq Ağayev, əməkdar artistlər Mətanət İsgəndərli, Səməd Səmədov, Tünzalə Ağayeva, Almaz Ələsgərova, Elza Seyidcahan, Ədalət Şükürov, sənətçilər Ayan, Könül Kərimova, Rəşad İlyasov, Abbas Bağırov, Elton Hüseynəliyev, Rüfət Mehdiyev, Ramal İsrafilov, Xumar Qədimova, Nurlan Növrəsli, Vaqif Şıxəliyev, Sevda Yəhyayeva, skripkaçı Səlim, “Aypara” qrupu, Samirə, Elməddin Cəfərov, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər. İki hissədən ibarət olan konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. “Köhnə Yeni il” bayramı ilə əlaqədar səhnədə 10 metr hündürlüyündə şam ağacı bəzədilib. Proqram boyu saray səhnəsinin hər iki tərəfində qurşadırılan Led ekran-da cizgi filmlərinin nümayişi də təşkil olunub.

Qeyd edək ki, “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı bayram proqramının informasiya dəstəyini APA-ya məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR