Bank Of Baku

Yuğ Teatrında yeni tamaşa hazırlanır

Yuğ Teatrında yeni tamaşa hazırlanır
# 18 yanvar 2011 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yuğ Dövlət Teatrında yeni “...olmaq istəmirəm!” tamaşası hazırlanır. Teatrın sayca 75-ci tamaşası olan “...olmaq istəmirəm!” rejissor Vidadi Həsənovun quruluşunda H. Vidadi İsmayılın “Şair olmaq istəmirəm!” şeirlər kitabının əsasında səhnəyə qoyulub. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov APA-ya bildirib ki, tamaşanın janrı H. Vidadi İsmayılın “Şair olmaq istəmirəm” kitabının peroskopik qiraəti kimi müəyyənləşdirilib. Tamaşanın quruluşçu rejissoru Vidadi Həsənov, quruluşçu rəssamı Umay, musiqi tərtibatı “Qan” qrupunun musiqiləri, rejissor assisenti Oqtay Mehdiyev, rəqslərin quruluşu Ruslan Şöhrətoğludur. Rolları aktyorlar Məmməd Səfa, Oqtay Mehdiyev, İlahə Həsənli, Nigar Güləhmədova, Hikmət Rəhim, Ruslan Şöhrətoğlu, Vidadi Həsənov canlandırır.

Tamaşada əsasən Yuğ Teatrının birinci və ikinci yaş nəslinə mənsub aktyorları çıxış edir. Ancaq onlarla yanaşı, Yuğ Teatrına yenicə qədəm basmış iki gənc aktyor – Hikmət Rəhim və İlahə Həsənli də rol alıb. Tamaşada Akademik Milli Dram Teatrının aktrisası Nigar Güləhmədova da çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR