Bank Of Baku

2010-cu ildə muzeylərə gələnlərin sayı 1,7 milyon nəfər, teatrlara gələnlərin sayı 500 min nəfər olub

2010-cu ildə muzeylərə gələnlərin sayı 1,7 milyon nəfər, teatrlara gələnlərin sayı 500 min nəfər olub
# 18 yanvar 2011 14:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ildə muzeylərə gələnlərin sayı 1,7 milyon nəfər, teatrlara gələnlərin sayı 0,5 milyon nəfər olub. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.

Hazırda Azərbaycanda dövlət əhəmiyyətli qoruqların sayı 28-ə çatıb. Hazırda Azərbaycanda 36 milyon kitabxana fondu olan 3993 kütləvi kitabxana, 2750 klub müəssisəsi, 223 muzey, 29 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi, 2 konsert zalı və 360 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

Məlumatda bildirilir ki, dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR