Bank Of Baku

Azərbaycanda ilk muzey elektron kataloqu və elektron kitabxana yaradılır

Azərbaycanda ilk muzey elektron kataloqu və elektron kitabxana yaradılır
# 25 yanvar 2011 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tovuz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda Heydər Əliyev Muzeyinin kitabxanasında respublikada ilk muzey elektron kataloqu və elektron kitabxanası yaradılır. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda elektron bazada 4 məlumat bazası formalaşıb. Bu sırada muzey kitabları, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabları və 2 elektron kartoteka bazası da var. Sistem avtomatlaşdırılmış rejimdə tapılan sənədləri müəllif, sərlövhə, nəşr ili və sənəd növünə görə qruplaşdırır. Elektron kataloqun Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bazasında isə Azərbaycan dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə nəşr edilmiş və kitabxanalara hədiyyə edilmiş kitablar yerləşdirilir. Bu elektron bazada kitabları 3-5 açar sözə görə axtarış imkanı yaradılıb. “Elektron kartoteka – 2010” bazasında isə Azərbaycan prezidenti tərəfindən 2010-cu ildə imzalanmış bütün sərəncamlar öz əksini tapıb. Bununla yanaşı, Tovuz rayon Heydər Əliyev Muzeyinin kitabxanasında elektron kitabxana da yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR