Bank Of Baku

Opera və Balet Teatrında “Şəhrizad” baletinin premyerası keçiriləcək – FOTO

Opera və Balet Teatrında “Şəhrizad” baletinin premyerası keçiriləcək – <font color=red>FOTO </font>
# 25 yanvar 2011 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında “Şəhrizad” baletinin premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Şəhrizad” baleti klassik quruluşda xalq artisti Tamilla Şirəliyevanın redaksiyasında səhnəyə qoyulur. Şəhrizad partiyasını balet truppasının aparıcı solisti – əməkdar artisti, “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı Kamilla Hüseynova ifa edəcək. Bu rolun ikinci ifaçısı isə gənc balerina Elmira Mikayılovadır. Tamaşada digər əsas partiyalarda əməkdar artistləri Gülağası Mirzəyev və İslam İslamov çıxış edəcəklər. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur.
Qeyd edək ki, N.Rimski-Korsakov “Şəhrizad” əsərini 1888-ci ildə qələmə alıb. Əsər çox populyar olub, tez-tez dünyanın ən yaxşı orkestrləri tərəfindən ifa olunur. “Şəhrizad” ənənəvi klassik xoreoqrafiya əsasında 1910-cu ildə Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Balet həmin quruluşda Böyük Teatrda, Sankt-Peterburqun Mariinski Teatrında və Kiyevdə Ukrayna Dövlət Opera və Balet Teatrında nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR