Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İranda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İranda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
# 01 fevral 2011 14:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə teatrın bir qrup aktyoru İranın “Dramatik İncəsənət Mərkəzi”nin dəvəti ilə fevralın 3-də həmin ölkəyə yola düşəcək. Kollektiv fevralın 5-də İran İslam Respublikasının Gülüstan vilayətinin Kurqan şəhərində Şekspirin “Otello” tamaşası ilə çıxış edəcək. Səfərə yola düşəcək qrupun tərkibinə teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Vüqar Məmmədəliyev, Rəşad Səfərov, Rövşən Abbasov, Aydın Dəmirov, Şəbnəm Hüseynova, Günel Məmmədova daxildir. Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR