Bank Of Baku

“Xalçada yeni nəfəs” adlı sərginin açılışı keçirilib

“Xalçada yeni nəfəs” adlı sərginin açılışı keçirilib
# 02 fevral 2011 15:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 2 fevral - Gənclər günü münasibətilə “Xalçada yeni nəfəs” adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən Xalça Muzeyinin direktoru Röya Tağıyeva deyib ki, sərginin keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqda xalçanın rolunu və qədim ənənələrə malik Azərbaycan xalça sənətinə gənclərin münasibətini nümayiş etdirməkdir: “Müasir gənclərimiz xalqımızın qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini qorumaqla yanaşı, ona yeni nəfəslər veriblər. Bu da xalça sənətinin bir daha bitib tükənməyən zənginliyindən xəbər verir”.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının III kurs tələbələrinin 28 ədəd xalça eskizləri nümayiş edirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR