Bank Of Baku

Akademik Milli Dram Teatrında üç tamaşanın məşqlərinə başlanılıb

Akademik Milli Dram Teatrında üç tamaşanın məşqlərinə başlanılıb
# 03 fevral 2011 08:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 1-dən qapılarını işçi heyətinin üzünə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında artıq tamaşaların məşqlərinə başlanılıb. Teatrın mətbuat katibi Elçin Cəfərov APA-ya verdiyi məlumatında qeyd edib ki, artıq teatrda hazırlanacaq üç tamaşanın yaradıcı heyəti müəyyənləşib. E. Cəfərov bildirib ki, fevralın 1-dən etibarən hər üç tamaşnın məşqinə başlanılıb. Teatrda hazırlanan M.F. Axundovun “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyasının quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimi, plastika üzrə təlim və rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayeva, rejissor assistenti Xanım Həsənovadır.

Teatrda artıq məşqlərinə başalanan ikinci tamaşa Afaq Məsudun “Qatarın altına atılan qadın” əsəri əsasında hazırlanır. İki hissəli tragikomediyanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı və
oranjemançısı Rauf Əliyev, rejissor assistenti Rəfiqə Musayevadır.

Teatrda eləcə də yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasının yeni quruluşda əsaslı bərpası ilə əlaqədar məşqlərə başlanıb. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssam - İsmayıl Məmmədov, bəstəkarları - Polad Bülbüloğlu və Vasif Adıgözəlov, rejissor assistentləri Rəfiqə Musayeva və Vüqar Məmmədovdur. Tamaşada İbrahim xanı İlham Əsgərov və Kazım Abdullayev,
Ağabəyimağanı Məsmə Ağaverdiyeva, Axund Mirmöhsün ağanı Rafiq Əzimov və Mirzə Ağabəyli, Tubu xanımı Firəngiz Mütəllimova oynayırlar. Hər üç tamaşada bütün rollarda dublyor olacaq. Bir rolu iki və ya üç aktyor oynaya biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR