Bank Of Baku

Böyük Teatrın aparıcı solisti Mixail Lobuxin Azərbaycan səhnəsində Bəhram şah rolunu oynayacaq – FOTO

Böyük Teatrın aparıcı solisti Mixail Lobuxin Azərbaycan səhnəsində Bəhram şah rolunu oynayacaq – <font color=red>FOTO </font>
# 04 fevral 2011 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası keçiriləcək. Həmin tamaşada Bəhram şah rolunu - Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Sankt-Peterburqun “Qızıl sofit” ali teatr mükafatının qalibi Mixail Lobuxin ifa edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mixail Lobuxin ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L. Minkusun “Don Kixot” baletinin tamaşasında çıxış edib. M. Lobuxin Bəhram şah rolunu həm də fevralın 21-də balet truppamızın Böyük Teatrın səhnəsindəki çıxışı zamanı da ifa edəcək. Tanınmış rusiyalı xoreoqraf, Q. Qarayevin “Yeddi gözəl” baletinin quruluşçu baletmeysteri Vasili Medvedyev bu haqda fikirlərini bölüşərək deyib: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin Mixail Lobuxinin “Yeddi gözəl” baletində iştirak etmək üçün dəvət olunması qərarını bəyənir və alqışlayıram. Çünki o dünya səviyyəsində parlaq bir balet ulduzudur və Lobuxinin iştirakı tamaşanın professional səviyyəsini daha da zənginləşdirəcək. Tamaşada “Gözəllər gözəli” rolunu ifa edəcək Azərbaycanın əməkdar artisti Kamilla Hüseynova ilə Mixail Lobuxin cütlüyünün birgə çıxışı çox maraqlı və gözəl alınacaqdır. Məlumdur ki, parlaq və istedadlı şəxsiyyətlərin iştirakı tamaşanın uğurunu təmin edən əsas cəhətlərdəndir və mən Kamilla Hüseynova və Mixail Lobuxini bu sıraya aid edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR