Bank Of Baku

Əyyub Quliyev Akademik Opera və Balet Teatrında dirijor kimi debütünü edib – FOTO

Əyyub Quliyev Akademik Opera və Balet Teatrında dirijor kimi debütünü edib – <font color=red>  FOTO </font>
# 05 fevral 2011 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dirijor kimi debüt çıxışı olub. Əyyub Quliyevlə bərabər teatrın solistləri, xor və orkestr görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Sevil” operasını ifa ediblər. Tamaşa barədə APA-ya məlumat verən Əyyub Quliyev bildirib ki, baş rolları xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova, İnarə Babayeva, Əkrəm Poladov səsləndirib. Tamaşanın musiqi rəhbəri xalq artisti, professor Fərhad Bədəlbəyli, rejissoru isə əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Gənc dirijorun sözlərinə görə, böyük maraqla qarşılanan tamaşanın sonunda zalda əyləşən musiqi ictimaiyyəti və dinləyicilər ifaçıları yenidən səhnəyə çağırıblar. Qonaqlar arasında olan tanınmış musiqiçilər və sənət xadimləri teatrın orkestri və solistlərinin yüksək professional ifasını xüsusi olaraq qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR