Bank Of Baku

Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejssor Lətif Səfərovun şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejssor Lətif Səfərovun şəxsi arxiv fondu yaradılıb
# 05 fevral 2011 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunda görkəmli kinorejssor, əməkdar incəsəmət xadimi Lətif Səfərovun şəxsi arxiv fondu yaradılıb. Bu barədə APA-ya Film Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. Fonda Lətif Səfərovun foto sənədləri və başqa materiallar daxildir. Bu materiallar kinorejissorun oğlu və yaxınları tərəfindən fonda verilib.

C. Quliyev onu da deyib ki, Rusiya vətəndaşının şəxsi arxivindən Dövlət Film Fonduna rejissor Vaqif Mustafayevin “Nakəs” filminin foto sənədləri daxil olub. C. Quliyev rəhbərlik etdiyi Dövlət Film Fondunda bu günə kimi bu filmlə bağlı heç bir material olmadığını açıqlayıb. Sözügedən ekran əsəri 1992-ci ildə istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR