Bank Of Baku

Azərbaycan Fotoqraflar Birliyi İdarə Heyətinin yeni sədri seçilib

Azərbaycan Fotoqraflar Birliyi İdarə Heyətinin yeni sədri seçilib
# 05 fevral 2011 16:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 5-də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) iclası keçirilib. APA-nın məlumatına görə, iclasda ilk olaraq birliyin sabiq sədri Asiyat Fətullayevanın hesabatı dinlənilib. Hesabatdan sonra AFB-nin 8 nəfərdən ibarət İdarə Heyəti seçilib. Səsvermə əsasında Mirnaib Həsənoğlu İdarə Heyətinin sədri seçilib.

İclas zamanı AFB-nin tərkibində ilk dəfə olaraq 5 nəfərdən ibarət Məsləhət Şurası yaradılıb. Eyni zamanda, təşkilatın 1998-ci ildə qəbul olunmuş nizamnaməsinə bəzi dəyişikliklər edilib.

Qeyd edək ki, 1998-ci ildə yaradılan Azərbaycan Fotoqraflar Birliyinin hazırda 130 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR