Bank Of Baku

“Azərbaycan xalçaları” kataloqu çıxıb

“Azərbaycan xalçaları” kataloqu çıxıb
# 08 fevral 2011 08:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan xalçaları” İctimai Birliyi tərəfindən eyni ad altında hazırlanmış kataloq çapdan çıxıb. Birlikdən APA-ya verilən məlumata görə, “Azərbaycan xalçaları” adlanan kataloq Azərbaycan, ingilis və fransız dillərində tərtib olunub.

Kataloqda Quba, Bakı, Şirvan, Gəncə Qazax, Qarabağ, Naxçıvan, Təbriz xalçaçılıq məktəbləri haqqında məlumatlar və xalçaların fotoları əksini tapıb. Burada yer alan xalçalar da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyasındandır. “Azərbaycan xalçaları” kataloqu Heydər Əliyev Fondu tərəfindən nəşr edilib.

Qeyd edək ki, “Azərbaycan xalçaları” İctimai Birliyi 2010-cu il yanvarın 29-dan fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR