Bank Of Baku

Fikrət Əmirovun "Min bir gecə" baleti Moskvada nümayiş olunub

Fikrət Əmirovun "Min bir gecə" baleti Moskvada nümayiş olunub
# 08 fevral 2011 09:58 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Fevralın 7-də Kreml Sarayının səhnəsində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun "Min bir gecə" baletinin nümayişi olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, baletə “Kreml baleti” teatrının quruluşçu rejissoru, Rusiyanın xalq artisti, xoreoqraf Andrey Petrov tərəfindən quruluş verilib.
Baletin librettosunu Azərbaycanın xalq yazıçıları Rüstəm və Maqsud İbrahimbəyov yazıblar. Quruluşçu rəssam SSRİ xalq rəssamı Tahir Salahovdur.
Raxmaninov adına simfonik orkestrin müşayiəti ilə təqdim olunan “Min bir gecə" baleti Moskva tamaşaçılarına eyni vaxtda səhnədə sehrli Şərq nağıllarına və Azərbaycan musiqisinə baxmağa imkan verib.
Qeyd edək ki, “Min bir gecə” baleti Kreml Sarayının səhnəsində ilk dəfə 2010-cu il aprelin 16-da səhnəyə qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR