Dövlət Film Fondunda görkəmli rejissor Həsən Seyidbəylinin şəxsi arxiv fondu yaradılıb
08 fevral 2011 13:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Film Fondunda görkəmli rejissor, xalq artisti Həsən Seyidbəylinin şəxsi arxiv fondu yaradılıb. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, sənədlər fonda rejissorun oğlu Ziya Seyidbəyli tərəfindən təqdim olunub. 600-ə qədər sənədin arasında Həsən Seyidbəylinin şəxsi sənədləri, ssenariləri, əlyazmaları, montaj vərəqələri, fotoları var.
Qeyd edək ki, Həsən Seyidbəyli “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Səadət qayğıları”, “Nəsimi” kimi filmlərə quruluş verib. Əksər filmlərinin ssenarilərini özü qələmə alıb.

İncəsənət
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024