Bank Of Baku

Kino bülleteninin növbəti buraxılışları çap olunub

Kino bülleteninin növbəti buraxılışları çap olunub
# 08 fevral 2011 13:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Film Fondunun xətti ilə hazırlanan kino bülleteninin II və III buraxılışı nəşr edilib. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bülletenlərə 2008 və 2009-cu illərdə Azərbaycanda istehsal olunmuş filmlərin siyahısı daxildir. Burada həmin filmlər, onların çəkiliş qrupu haqqında ətraflı bilgi, o illər ərzində dünyasını dəyişən, yubileyi qeyd olunan kino xadimləri, çap olunan nəşrlər barədə məlumatlar əksini tapıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bülletenlər kitabxanalara, televiziya kanallarına pulsuz paylanır.

Xatırladaq ki, kino bülleteninin ilk buraxılışında 2000-2007-ci illərdə istehsal olunan filmlər yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR