Bank Of Baku

Bakıda İran Xəttatlıq-İllüminasiya Miniatür Sərgisinin açılışı olub - FOTO

Bakıda İran Xəttatlıq-İllüminasiya Miniatür Sərgisinin açılışı olub - <font color=red> FOTO</font>
# 08 fevral 2011 15:16 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran İslam Respublikasının qurulmasının 32-ci ildönümü münasibətilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Xəttatlıq-İllüminasiya Miniatür Sərgisinin açılışı olub. APA-nın məlumatına görə, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, İran və Azərbaycan rəssamlarının, eləcə də rəssamlar ittifaqlarının bir-biri ilə sıx əlaqəsi var: “20 ildən çoxdur bu əlaqələr davam edir. Bu, iki ölkə üçün çox sevindirici haldır”.

Açılış mərasimində İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami də çıxış edib. O deyib ki, iki ölkənin qədim müştərək tarixi var: “Rəssamlıq və xəttatlıq da bu tarixin bir qoludur. İranla Azərbaycan dost, qardaş və doğma ölkədirlər”.

Qeyd edək ki, sərgidə 120 sənət əsəri sərgilənir. Sərgi 3 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR