Bank Of Baku

Gənc Tamaşaçılar Teatrının kollektivi İranda keçirilən festivalda iştirak edib

Gənc Tamaşaçılar Teatrının kollektivi İranda keçirilən festivalda iştirak edib
# 14 fevral 2011 08:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İran İslam Respublikasında hər il ənənəvi keçirilən 32-ci Beynəlxalq «Fəcr ongünlüyü» Teatr Festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslam inqilabının 32-ci ildönümünə həsr olunub. «Dramatik İncəsənət Mərkəzi»nin dəvəti ilə İrana yola düşən kollektiv İranın Gülüstan vilayətinin Kurqan, Qumbat Qavuz şəhərlərində dahi ingilis yazarı U.Şekspirin «Otello» tamaşası ilə çıxış edib.

Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi kollektivə əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, İlqar Cahangirov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, akytorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Günel Məmmədova, Vüqar Məmmədəliyev, Rəşad Səfərov, Rövşən Abbasov, Aydın Dəmirov daxildir. Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur. Aktyorlar uğurlu ifalarına görə, diplomlarla təltif olunublar.
Bir ay ərzində davam edən festivalın ilk on günü teatra, qalan günləri incəsənətin digər sahələrinə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR