Bank Of Baku

Ağaxan Abdullayevin səsində yaranan problemlər tam aradan qalxmayıb

Ağaxan Abdullayevin səsində yaranan problemlər tam aradan qalxmayıb
# 15 fevral 2011 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan xalq artisti, muğam ustası Ağaxan Abdullayevin səhhətindəki problemlər hələ də tam aradan qalxmayıb. Belə ki, ötən gün start götürən “Muğam” televiziya müsabiqəsində münsiflər heyətində təmsil olunan Ağaxan Abdullayev uzun fasilədən sonra yenidən muğamsevərlər qarşısına çıxıb. Xanəndə APA-ya açıqlamasında bildirib ki, uzun fasilədən sonra yenidən tamaşaçılar qarşısına çıxmaqdan məmnundur: “Uzun aradan sonra efirə çıxdığıma görə bayram edirdim. Elə ona görə də 10 müsabiqə iştirakçısının hamısına 10 xal verdim. Cümə axşamı isə artıq hərənin öz qiymətini verəcəyəm. Səhhətimdəki problemlər artıq demək olar ki, aradan qalxıb. Ancaq səsimdə probelmlər qalır və inşallah bir aydan sonra tamamilə yaxşı olacağam”. Xanəndə səsindəki problemlər tam aradan qalxandan sonra, yenidən səhnəyə çıxacağını da bəyan edib: “Mən oxuyuram, çünki oxumasam, mümkün deyil. Həkimlər deyir ki, bir aydan sonra səsim açılacaq. Danışıqda səsim belə çıxır, ancaq bu da düzələcək”.

A. Abdullayev qeyd edib ki, onun səhhətindəki problemlər ciddi soyuqdəymə ilə bağlıdır. Belə ki, muğam ifaçısı əvvəlcə səhhətindəki problemin bu dərəcədə ciddi olduğundan xəbərsiz olub. Hazırda qrip olduğunu deyən xanəndə, özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, xalq artisti bu problemlə bağlı bir ay Türkiyədə müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR