Bank Of Baku

Heydər Əliyev Sarayında Novruz bayramı ilə əlaqədar xüsusi bayram tədbiri keçiriləcək

Heydər Əliyev Sarayında Novruz bayramı ilə əlaqədar xüsusi bayram tədbiri keçiriləcək
# 16 fevral 2011 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Heydər Əliyev Sarayında Novruz bayramı ilə əlaqədar xüsusi bayram tədbiri keçiriləcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, Novruz şənliyinin martın 22-də keçirilməsi nəzərdə tutulur. Heydər Əliyev Sarayının təşkil etdiyi Novruz şənliyində respublikada ilk dəfə olaraq azyaşlı tamaşaçıların hər birinə xüsusi hədiyyə təqdim olunacaq: “Yeni il bayramı ilə bağlı düzənlənən şənliklərdə hədiyyələrin verilməsi artıq ənənə halını alıb. Ancaq Novruz bayramında belə bir ənənə yoxdur və biz bu yeniliyi etmək qərarına gəldik. Hər bir tamaşaçıya “Nestle” məhsullarından hədiyyələr təqdim edəcəyik”.

A. Fərəczadə onu da vurğulayıb ki, bir gün keçirilməsi nəzərdə tutulan şənlik üçün azyaşlı uşaqların maraqla qarşılayacağı proqram hazırlanır. Proqramda bir çox sürprizlər nəzərdə tutulur. Artıq bir günlük Novruz şənliyinin biletləri satışa çıxarılıb. Biletləri şəhərin mərkəzi kassalarından 5-15 manata almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR