Bank Of Baku

Araz Elsəsin Bakı konsertinin tarixi dəqiqləşib

Araz Elsəsin Bakı konsertinin tarixi dəqiqləşib
# 16 fevral 2011 12:39 (UTC +04:00)
Bakı - APA. Avropada yaşayan məşhur azərbaycanlı ozan Araz Elsəsin Bakıda verəcəyi konsertin tarixi dəqiqləşib.

Bu barədə APA-ya Dünya Azərbaycanlıları Konqresinin mədəniyyət və humanitar məsələlər üzrə sədr müavini Xəzər Emin məlumat verib.

Onun sözlərinə görə, “Sevgili yurdum” adlı görüş-konsert proqramı 24 mart 2011-ci il tarixdə saat 18:00-da “Monte Karlo” restoranında keçiriləcək. Konqresin təşkilatçısı Dünya Azərbaycanlıları Konqresidir.

Qeyd edək ki, Araz Elsəs 27 noyabr 1971-ci ildə İranda Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Azərbaycana köçüb. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılıb. 2000-ci ildə isə İsveçə köçüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR