Bank Of Baku

Azərbaycanlı rəssamın Türkiyədə kataloqu çapdan çıxıb - FOTO

Azərbaycanlı rəssamın Türkiyədə kataloqu çapdan çıxıb - <font color=red>FOTO</font>
# 16 fevral 2011 14:19 (UTC +04:00)
İstanbul - APA. Türkiyədə yaşayan azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun rəsm kataloqu çapdan çıxıb. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, kataloqda Ə. Fərəcoğlunun müxtəlif illərdə Türkiyədə çəkdiyi tabloların müəyyən hissəsi öz əksini tapıb. Kataloqa sənətşünas Ziyadxan Əliyev və jurnalist Mayis Əlizadənin Əbülfəz Fərəcoğlunun yaradıcılığı barədə yazıları da daxil edilib. Türk sənətşünası Abdulkadir Günyaz kataloqa yazdığı ön sözdə Əbülfəz Fərəcoğlunun İstanbul tablolarını sənətsevərlərə bu sözlərlə tanıdıb: “Onun İstanbulları, indiyə qədər gördüklərimizdən fərqli, tamamilə özünəməxsus İstanbullardır. Həm seçdiyi kompozisiyalar, həm ifadə tərzi, həm də rəng və cizgisi ilə fərqlidir”.
Rəssam Əbülfəz Fərəcoğlu 1997-ci ildən yaradıcılıq işlərini İstanbulda davam etdirir. İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində 20-dən artıq fərdi sərgi açan Fərəcoğlu, 50-yə yaxın qrup sərgisində də iştirak edib. O, 2007-ci ilin oktyabrında İstanbulda “Ekim” sənət evini yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR