Bank Of Baku

Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirəcək
# 18 fevral 2011 10:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirəcək. Teatrın direktor müavini Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, anım mərasimində, “Xocalı” sənədli filminin nümayişi və “Ruhların harayı” ədəbi-bədii kompozisiyasının təqdimatı nəzərdə tutulur: “2009-cu ilin fevral ayından etibarən “Dialoq və Əməkdaşlıq uğrunda” İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq məlumat və təşkilat kompaniyası bir çox ölkələrdə uğurla həyata keçirilir. Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Muysiqili Dram Teatrı da bu kampaniyaya qoşularaq “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyi və “Azərsun Holdinq” Şirkətlər Qrupu ilə birgə Xocalı soyqırmını anacaq”.

Kompazisyanıln quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Ədəbi-kompazisiyada əməkdar artist Şükufə Musayeva, Püstəxanım Zeynalova, Mətanət Eres, Nazir Rüstəmov, Ramil Zeynalov, Mahir Mirişov çıxış edəcəklər. Anım tədbiri fevralın 25-də “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR