Bank Of Baku

Fidan və Xuraman Qasımovalar solo konsert proqramı ilə çıxış edəcəklər - FOTO

Fidan və Xuraman Qasımovalar solo konsert proqramı ilə çıxış edəcəklər - <font color=red>FOTO </font>
# 18 fevral 2011 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. SSRİ-nin və Azərbaycanın xalq artisti Fidan Qasımova, Azərbaycanın xalq artisti Xuraman Qasımova uzun müddətdir gözlənilən solo-konsert proqramı ilə çıxış edəcəklər. Heydər Əliyev Sarayında martın 4-də gerçəkləşəcək konsert üçün Qasimova bacıları xüsusi proqram hazırlayırlar. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, Azərbaycan vokal sənətinin görkəmli nümayəndələrinin konserti üçün artıq bilet satışına başlanılıb. Konsertin biletləri 11-45 manat arasında satışa çıxarılıb.

Fidan və Xuraman Qasımovca bacıları bir neçə saat ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti altında çıxış edəcəklər. Orkestrin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayevdir.

Martın 4-də 19:30-da başlanacaq konsertdə cazmen, saksafon ifaçısı Rain Sultanov,
pianoçu Emin Əfrasiyaboğlu, eləcə də Fidan və Xuraman Qasımovaların tələbələrinin də çıxışı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR