Bank Of Baku

Dövlət Film Fondunda “Uşaq kino bayramı” keçirilib

Dövlət Film Fondunda “Uşaq kino bayramı” keçirilib
# 18 fevral 2011 12:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Film Fondunda “Uşaq kino bayramı” keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən uşaq bayramı uşaq evləri, qaçqın məktəbləri, Bakının ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil olunub. Tədbirdə uşaqlar üçün musiqili əyləncə proqramı, “İt sərgisi”, “Tırtıl”, “Cəsur təyyarə” cizgi filmlərinin təqdimatı baş tutub. Eyni zamanda bu cizgi filmlərinin yaradıcıları ilə görüş keçirilib və uşaqlara maraqlı hədiyyələr verilib.

Tədbirdə eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş və yekun vurulan uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Münsiflər heyətinin ümumi qərarı ilə müsabiqənin qalib ssenariləri müəyyən edilib. I yerə “Balaca ev” ssenarisinə görə Lalə Abbasova, II yerə “Hər işdə bir xeyir var” ssenarisinə görə Pərviz Məmmədov və “Bağa qınını bəyənmədi”in müəllifi Elçin Musaoğlu, III yerə “Özgəyə quyu qazan, özü düşər”ə görə müəllif Vüqar Haqverdiyev, eləcə də “Əsil insan” ssenarisinə görə Ayna Qəmbərova layiq görülüb.
Müsabiqənin I yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılacaq. II yerin sahibinə hər birinə 500 manat və III yerin sahibinə hər birinə 300 manat mükafat veriləcək.
Tədbirdə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən Yusif Şeyxov və Almas Sultanzadə də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR