Bank Of Baku

Azərbaycanlı aktyor “Hollywood Young Artists Award” mükafatına layiq görülüb – FOTO

Azərbaycanlı aktyor “Hollywood Young Artists Award” mükafatına layiq görülüb – <font color=red>FOTO </font>
# 18 fevral 2011 14:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın gənc aktyoru Timur Oduşev “Hollywood Young Artists Award” mükafatına layiq görülüb. Gənc aktyor “Sahə” filmindəki roluna görə sözügedən mükafatın nominantı olub. “Nərimanfilm” Kinotudiyasından APA-ya verilən məlumata görə, mükafatlandırma mərasimi martın 13-də ABŞ-ın Los- Anceles şəhərində keçiriləcək.

“Sahə” bədii filmi məşhur fotoqrafın öz uşaqlıq illərinə mistik səyahətindən bəhs edir. Bu film Azərbaycanın “Nərimanfilm”, Gürcüstanın “Qruziyafilm” və “Bagirafilm” kinostudiyalarının birgə layihəsi əsasında istehsal olunub. Filmin çəkilişi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR