Bank Of Baku

Kitab Klubunda musiqili miniatür janrında slayd-şounun təqdimatı keçirilib

Kitab Klubunda musiqili miniatür janrında slayd-şounun təqdimatı keçirilib
# 19 fevral 2011 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakı Kitab Klubunda musiqili miniatür janrının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, musiqili miniatür janrının təqdimatında xüsusi hazırlanmış slayd-şou nümayiş etdirilib. Əməkdar rəssam Elçin Aslanov bildirib ki, yeni janrın yaranması rəssamların rahatlığına xidmət edir: “Miniatür sənəti 500 il bundan qabaq yaranıb və söhbət ondan gedir ki, necə edək ki, miniatür müasir olsun və bu günlə səslənsin. Rəssamlar bu janrın müasir və yeni formasını axtarırdılar. Avropada əldə etdiyimİz təcrübədən, dünya rəssamlığından istifadə edib müasir miniatür yaratdıq”.

E. Aslanov qeyd edib ki, miniatür sənətinin sonradan sönməsinə səbəb maraqlı tapıntılarla bağlı olub: “Bir yandan kompüter ortaya çıxdı. Kompüter bir çox şeyləri asanlaşdırıldı. Miniatür çəkmək üçün günlər lazım idi, indi isə bunu kompüter iki saata həll edir və rəssamın istədiyini hazırlayır. O səbəbdən düşündüm və çalışdım ki, əsərlərimdə miniatürün hərəkət edən formasını tapım. Bu gün bu yeniliyi nümayiş etdiririk”.

Əməkdar rəssam qeyd edib ki, musiqili miniatür janrının get-gedə daha da mükəmməl forma alacağına inanır: “Nümayiş etdiriyimiz slayd-şou tam müasir zövqdə işlənib.
Burada həm millilik, həm də müasirlik var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR