Bank Of Baku

Azərbaycanda II Respublika muğam müsabiqəsi başlayıb

Azərbaycanda II Respublika muğam müsabiqəsi başlayıb
# 21 fevral 2011 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Kamera və orqan musiqisi zalında Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Azərbaycan Milli Konservatoriyanın təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsinin açılış mərasimi olub. APA-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, eləcə də təhsil nazirinin müavini Elmar Qasımov çıxış edib və II Beynəlxalq Muğam Festivalı barədə məlumat veriblər. II Respublika muğam müsabiqəsinin üç qalibi Azərbaycanı müvafiq festivalda təmsil edəcək.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, müsabiqəyə qatılan 40 iştirakçıdan 18-i ilkin mərhələni keçib. Üç qalib ifaçı isə fevralın 24-də müəyyənləşəcək. Həmin gün qaliblər mükafatlandırılacaq və festivalın bağlanış mərasimi olacaq. Çıxışlardan sonra püşkatma keçirilib. Müvafiq olaraq 18 iştirakçı öz ifasını təqdim edib.

Qeyd edək ki, iştirakçıları peşəkar münsiflər heyəti müəyyənləşdirəcək. Siyavuş Kəriminin rəhbərlik etdiyi münsiflər heyətində xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Zabit Nəbizadə təmsil olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR