Bank Of Baku

Dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” bədii filminə baxış keçiriləcək - FOTOSESSİYA

Dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” bədii filminə baxış keçiriləcək - <font color=red>FOTOSESSİYA</font>
# 21 fevral 2011 11:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Pozitiv Mediya” prodüser mərkəzində istehsal olunan “Aktrisa” filminin ilk nümayişi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bədii filmin quruluşçu rejissoru Rövşən İsax, ssenari müəllifləri İlqar Fəhmi və Rövşən İsax, quruluşçu-operatoru Rövşən Quliyev, bəstəkarları Vasif Arifoğlu və Nazim Əhmədovdur. Rollarda xalq artisti Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov və başqaları çəkilib. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir.
“Aktrisa” filminə ilk baxış martın 5-də Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR