Bank Of Baku

Fransa Mədəniyyət Mərkəzində Rəna Əfəndinin fotosərgisi keçiriləcək

Fransa Mədəniyyət Mərkəzində Rəna Əfəndinin fotosərgisi keçiriləcək
# 21 fevral 2011 15:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fevralın 22-də Fransanın Bakıdakı Mədəniyyət Mərkəzində fotoqraf Rəna Əfəndinin fotosərgisi açılacaq.

Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi “Dörd baxış bucağı” adlanacaq.

Sərgidə Bakının neft yataqları yaxınlığında yaşayan sakinlərdən tutmuş, Xınalığın ağappaq dağlarında yoxa çıxmaqda olan bir dili yaşadan 1000-ə yaxın çoban ailəsinin həyat tərzi, 2008-ci ildə rus-gürcü müharibəsində Tsxinvalinin bombardman olunmuş küçələrində müharibənin viran qoyduğu Qori mənzilləri, Çernobılın qadağan olunmuş zonasının evlərindəki radioaktiv natürmortun qorxunc gözəlliyi, İstanbulun müəyyən küçələrində transseksualların gecənin zülmətində var-gəl etməsi və s. mövzularda fotolar yer alıb.

«4 baxış bucağı» qeyri-stabil regionda tarixin bir dövrünü, bütövlükdə isə bəşəriyyəti paylaşan Azərbaycan, Gürcüstan, Türkiyə və Ukrayna sakinlərinin gündəlik həyatlarına bir səyahət təşkil edir.

Sərgi martın 11-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR