Bank Of Baku

İstiqlal Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş sərgi keçirilib

İstiqlal Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş sərgi keçirilib
# 23 fevral 2011 09:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar “Yaddaşın yolları” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Qərb Universitetinin tələbələrinin 40-dan çox müxtəlif janrda - rəsm, heykəltəraşlıq və qrafika əsərləri nümayiş olunub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Bakı Humanitar Kollecinin şagirdləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların, Sərhəd Qoşunlarının müdavimləri və digər qonaqlar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR