Bank Of Baku

Mərhum Leyla Axundzadənin “XX əsr Dünya Təsviri İncəsənəti” kitabının təqdimat mərasimi keçirilib

Mərhum Leyla Axundzadənin “XX əsr Dünya Təsviri İncəsənəti” kitabının təqdimat mərasimi keçirilib
# 23 fevral 2011 13:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında əməkdar incəsənət xadimi, tanınmış sənətşünas alim Leyla Axundzadənin “XX əsr Dünya Təsviri İncəsənəti” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirib ki, ömrünün böyük hissəsini elmi-pedaqoji fəaliyyətə, incəsənətə həsr etmiş Leyla Axundzadənin kitabı XX əsr dünya təsviri incəsənətində baş verən əsas hadisələr, ən müasir bədii cərəyanlar və üslublar haqqında məlumat verir, dövrün ən görkəmli rəssamlarının yaradıcılığından bəhs edir: “Kitab ali məktəb tələbələri üçün dərslik, həm də mütəxəssislər, sənətşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllifin ön sözü ilə başlayan kitab 4 fəsildən ibarətdir. Kitab ilk dəfə 2007-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə çap olunsa da, təqdimat mərasimi keçirilməyib. Amma bu əsərin olduqca böyük maraq doğurması Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabın yenidən nəşr olunmasının zəruriliyini üzə çıxarıb”.

Tədbirdə bildirilib ki, Leyla Axundzadənin kitabı XX əsr dünya təsviri incəsənəti haqqında Azərbaycan dilində yazılmış ilk kitabdır. Müəllif özü kitabın mahiyyəti haqqında yazir: “İstərdim ki, XX əsr incəsənətinə həsr edilmiş bu kitab sizləri təsviri sənətin dərkində vərdiş etdiyiniz çərçivədən çıxarsın, müasir incəsənətin əsas nümayəndələri və inkişaf təmayülləri haqqında təsəvvür yaratmağa xidmət etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR