Bank Of Baku

II Respublika Muğam müsabiqəsinin qaliblərinin adı açıqlanıb - FOTO

II Respublika Muğam müsabiqəsinin qaliblərinin adı açıqlanıb - <font color=red>FOTO</font>
# 24 fevral 2011 09:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Heydər Əliyev Fondu, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən II Respublika Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb. APA-nın məlumatına görə, müsabiqədə I yeri Aytən Məhərrəmova, II yeri Ehtiram Hüseynov, III yeri isə Nişanə Baxışova tutub.

Tədbirin bağlanış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ümumilikdə müsabiqədə 40-a yaxın şəxs iştirak edib: “Bu rəqəm Azərbaycan üçün çox azdır. 40 nəfərin içərisindən yaxşıların yaxşısını seçmək çox çətindir”.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi isə bildirib ki, beynəlxalq müsabiqənin I yerə layiq görülən qalibinə 20 000, II yerə layiq görülənə 15 000, III yerə layiq görülənə isə 10 000 avro mükafat veriləcək.

S. Kəriminin sözlərinə görə, respublika müsabiqəsinin qaliblərinə Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunacaq beynəlxalq muğam müsabiqəsində iştirak hüququ verib. Həmin namizədlər müsabiqədə Azərbaycanı təmsil edəcəklər. Bundan əlavə, müstəqil olaraq, daha iki namizəd - Babək Niftəliyev və Azərbaycanın əməkdar artisti Fərqanə Qasımova müsabiqəyə qatılacaqlar: “Düşünürəm ki, bu müsabiqədə Azərbaycanı çox güclü muğam komandası təmsil edəcək”.

Qeyd edək ki, II Respublika Muğam müsabiqəsinə fevralın 21-də start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR