Bank Of Baku

“Xocalı soyqırımı” adlı sərgi-müsabiqənin açılış mərasimi keçiriləcək

“Xocalı soyqırımı” adlı sərgi-müsabiqənin açılış mərasimi keçiriləcək
# 24 fevral 2011 09:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda “Xocalı soyqırımı” adlı sərgi-müsabiqənin açılış mərasimi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2011-ci ildə nazirlik Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsi elan edib. Müsabiqə rəsm və rəngkarlıq, heykəltəraşlıq,
dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilib. Sərginin açılışından sonra Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti sərgi-müsabiqəyə təqdim olunmuş əsərləri qiymətləndirəcək və ən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəllifləri müvafiq nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birinci yer üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü 1000 manat, 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR