Bank Of Baku

Bakı Bələdiyyə Teatrı “Əli və Nino” əsərini səhnələşdirir

Bakı Bələdiyyə Teatrı “Əli və Nino” əsərini səhnələşdirir
# 25 fevral 2011 08:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Bələdiyyə Teatrında Məhəmməd Əsəd Bəyin müəllifi olduğu “Əli və Nino” əsəri səhnələşdirilir. Bu barədə APA-ya məlumat verən Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova hazırda bu əsərin səhnə variantının məşqləri aparılır. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.

Bununla yanaşı, sözügedən teatrın kollektivi tamaşaçıları üçün Mirzə Fətəli Axundovun “Mürafiə vəkilıləri”ni hazırlayır. A.Pənahova qeyd edib ki, hər iki tamaşanın premyrasının yaxın müddətdə keçirilməsi nəzərdə tutulur. “Mürafiə vəkilləri”ni rejissor Rövşən Almuradlı hazırlayır.

Onu da qeyd edək ki, hazırda Bakı Bələdiyyə Teatrı müvəqqəti olaraq “Dostluq” kinoteatrında fəaliyyət göstərir. A.Pənahova kinoteatrda teatr kollektivinə üç otaq və bir səhnə verildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR