Bank Of Baku

Moskvanın “Dərviş” teatrında Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması səhnələşdirilib

Moskvanın “Dərviş” teatrında Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması səhnələşdirilib
# 25 fevral 2011 09:54 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Moskvada fəaliyyət göstərən “Dərviş” teatrında Xocalı faciəsinə həsr olunan tamaşa səhnəyə qoyulub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, teatrın bədii rəhbəri Mərdan Feyzullayev tərəfindən səhnələşdirilən “Gülüstan” poeması Xocalı soyqırımının 19-cu il dönümünə həsr olunub.

Tamaşanın premyerasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib. Səfir jurnalistlərə açıqlamasında Rusiya paytaxtında Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının səhnəyə qoyulmasını çox mühüm hadisə hesab etdiyini söyləyib: “ Tamaşanın səhnəyə qoyulması çox yüksək səviyyədə olub. Mən istərdim ki, “Dərviş” teatrına verdiyi dəstəyə görə, Heydər Əliyev Fonduna təşəkkürümü bildirim. Bu dəstək sahəsində teatr Moskvada fəaliyyətini davam etdirir və inkişaf edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR