Bank Of Baku

Xalça Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Xalça Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş  tədbir keçirilib
# 25 fevral 2011 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Tariximizin qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd, uşaqlara faciə haqqında ətraflı məlumat vermək olub. Tədbir iştirakçıları ilk öncə Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sabunçu rayonu Bakıxanov qəsəbəsinin 96, 107, 309 saylı orta məktəblərinin müəllim və şagirdləri, o cümlədən Bakı şəhərində yerləşən 2 saylı və 48 saylı Füzuli məktəblərinin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar təqdim olunub. Eyni zamanda rəssamlıq bacarığı olan uşaqlar Xocalı soyqırımı ilə bağlı çəkdikləri şəkilləri nümayiş etdiriblər.
Sonda tədbir iştirakçıları Xalça muzeyinin ekspozisiyası ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR